Son yeniləmə: 19 İyul 2024 08:04
BAYRAQDAR MEDİA – Eskişehirdə son vaxtlar bazarda qiyməti ən çox bahalaşan məhsullar arasında limon birinci yerdədir.
Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “son bir neçə ildə kilosu 10-15 lirə arasında satılan limonun qiyməti hazırda 70 lirəyə qalxıb. Bazar taciri Şükrü Şahin, “Son üç ildir ki, limonu 10-15 lirəyə satırıq, amma bu il qiymətlər xeyli artıb” deyib.
Məlumatda əlavə edilir ki, avqust ayında bazara yeni limonlar çıxanda qiymətlərin düşəcəyi gözlənilir.