Press "Enter" to skip to content

İndi də dərsliklərin qiyməti artır

Dərsliklərin qiymətində ciddi artım gözlənilir

Son yeniləmə: 19 İyul 2024 12:10

BAYRAQDAR MEDİA – Türkiyədə özəl məktəblərdə övladları tədris alan valideynlər yeni dərs ili ərəfəsində artan xərclərlə üzləşirlər.

Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, “xidmət, yemək və indi dərslik haqlarında əhəmiyyətli artımlar gözlənilir. Keçən il 6 ilə 10 min TL arasında olan dərslik qiymətlərinin bu il 35-40 min TL-yə qədər arta biləcəyi proqnozlaşdırılır. İstehlakçı Konfederasiyasının sədri Aydın Ağaoğlu özəl məktəblərin bu artımları valideynlərə baha qiymətə tətbiq etdiyini ifadə edərək narahatlığını dilə gətirib”.

Məlumata görə, dövlət məktəblərində də oxşar problemlərin olduğunu vurğulayan Ağaoğlu, valideynlərin şikayətlərini Milli Təhsil Nazirliyinə və ya Haqsız Qiymət Qiymətləndirmə Şurasına göndərə biləcəklərini bildirib.

Mission News Theme by Compete Themes.