Press "Enter" to skip to content

Elektron sənəd qəbulunun müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Ali təhsil pilləsinin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti 22 iyul saat 18:00-dək uzadılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “magistratura səviyyəsinə qəbul olunmuş namizədlər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür”.

Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların yerləşdirilməsinə dair bölmə mövcuddur.

Mission News Theme by Compete Themes.