Press "Enter" to skip to content

Azərbaycan komandası Avropa Universitet Oyunlarında

Qaliblər

Son yeniləmə: 19 İyul 2024 13:08

BAYRAQDAR MEDİA – 8-18 iyul tarixlərində Macarıstanın Debretsen şəhərində tələbələr arasında 5-ci Avropa Universitet Oyunları keçirilib.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, “sözügedən turnirdə Azərbaycanı futzal idman növü üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edib. Sözügedən komanda Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, ETN-nin təşkilatçılığı ilə təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Azərbaycan Tələbə Liqasının qalibi olub. Azərbaycan komandası turnirdə Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) təmsilçilərini məğlub edib. Çempionatın qalibi İspaniya komandası ilə dörddə bir finalda qarşılaşaraq 3:3 hesabı ilə bərabərlik əldə edib və penaltilər seriyasında məğlub olub”.

Daha sonra xəbərdə, “Azərbaycan Tələbə Futbol Federasiyasından bildirilib ki, əzmlə mübarizə aparan Azərbaycan komandası yarışlar zamanı ümumilikdə 44 qol vurduğu halda, öz qapısından yalnız 15 qol buraxıb” deyə bildirilir.

Qeyd edək ki, Azərbaycan komandası futzal idman növü üzrə Avropa Universitet Oyunlarında uğurlu nəticə göstərib və tarixində ilk dəfə 5-ci yerə çıxıb.

Mission News Theme by Compete Themes.