Son yeniləmə: 18 İyul 2024 08:01
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirdə rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasının Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardan olduğu və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Görüşdə idarəçilik bacarıqlarının inkişafı üçün zəruri olan amillər barədə danışılıb, bilik, təcrübə və komanda işinin vəhdətinin önəmi qeyd olunub. Bildirilib ki, Nazirliyin əməkdaşları üçün təşkil olunan “Uğur yolu” karyera müsabiqəsi öz potensialına inanan həmkarlara yeni imkanlar açır.İş prosesinin səmərəliliyinin artırılması baxımından “Uğur yolu” karyera inkişaf proqramının qaliblərindən gözləntilər böyükdür”.
Məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramında qalib olmuş və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.