Press "Enter" to skip to content

MEK-dən tanınmış alimin biblioqrafik göstəricisi

Nazim Timur oğlu Məmmədov

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından tanınmış fizikaçı alim, Dövlət mükafatı laureatı, Elm və Təhsil Nazirliyinin (ETN) Fizika İnstitutunun Spektroskopik ellipsometriya laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Prof. Nazim Timur oğlu Məmmədovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, ”vəsaitdə alimin həyatı, elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası – məqalə və məruzələri, həmçinin əsas elmi nəticələri, müəlliflik şəhadətnamələri və patntləri haqqında məlumatlar əksini tapıb. Alimin 70 illik yubileyi münasibəti ilə AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, redaktoru Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Mahnur Həsənovadır. Akademik ümumilikdə 370 elmi əsərin, 4 müəlliflik şəhadətnaməsinin, 1 respublika və 2 xarici patentin müəllifidir. Onun rəhbərliyi ilə 15 fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. N.Məmmədov 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri fərmanı, 2020-ci ildə Azərbaycanın elm sahəsində Dövlət mükafatına layiq görülüb”.

Biblioqrafik göstərici fizika-riyaziyyat elmləri sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.