Son yeniləmə: 18 İyul 2024 08:01
BAYRAQDAR MEDİA – Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucunski, Türkiyənin Skopye səfiri Fatih Ulusoyu qəbul edib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “görüş barədə açıqlama verən Timço Mucunski “Bu gün Türkiyənin Skopye səfiri Fatih Ulusoy ilə keçirdiyimiz görüşdə mən türk idarəçilərinə ölkəmizdəki yanğınlarla əlaqədar sürətli və dostcasına dəstəyə görə təşəkkür etdim” deyib. O, əlavə edib ki, “Səfirlə əla ikitərəfli və iqtisadi əlaqələrdən danışaraq, xüsusilə turizm sahəsində addımların atılması üçün birgə səyləri müzakirə etdik”.
Bildirilib ki, meşə yanğınları ilə mübarizədə Xarici İşlər Nazirliyi ilə Səfirlik arasında koordinasiya sıx şəkildə davam etdiriləcək.