Press "Enter" to skip to content

Kukla Teatrı cari mövsümü uğurla yekunlaşdırıb

Mövsüm yekunlaşdı

Son yeniləmə: 18 İyul 2024 21:26

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kuklta Teatrında mövsümün yekunu ilə bağlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iclasda çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə sənət ocağının bu mövsümdə də fərqli dəst-xətti ilə seçildiyini, bir çox uğurlu layihələrə imza atdığını, sosial-mədəni aksiyalarda aktivlik göstərdiyini bildirib. O, Teatrın bir sıra beynəlxalq müsabiqə və festivallarda layinqincə çıxış etdiyini, qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün müqavilələr imzaladığı haqqında ətraflı danışıb. R.Əhmədzadə həmçinin kollektivin səyləri ilə qarşıdakı mövsümdə də maraqlı, yaddaqalan və məhsuldar işlər ortaya qoyulacağına inandığını dilə gətirib”.

Tədbirdə mövsüm ərzində seçilən kollektiv üzvləri – teatrın baş rejissoru Anar Məmmədov, baş rəssamı İqbal Əliyev, dram artistləri Səriyyə Mansurova, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Elgün Həmidov, Səbinə Məmmədova, rəssam Rəna Abbasova, eləcə də texniki heyətdən Cavid Hüseynov, Dilşad Cəfərli və Tural Həsənov məhsuldar və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif ediliblər.

Mission News Theme by Compete Themes.