Son yeniləmə: 18 İyul 2024 08:01
BAYRAQDAR MEDİA – Türkmənistanın xarici işlər naziri Rəşid Meredov etimadnaməsinin surətlərini təqdim edən Qazaxıstanın Türkmənistandakı yeni səfiri Nurlan Noqayev ilə görüşüb.
Bu barədə orient.tm saytı xəbər yayıb.
Bildirilib ki, “R.Meredov səfiri təyinatı münasibətilə təbrik edib, onun diplomatik fəaliyyətinin həyata keçirilməsində Türkmənistan tərəfinin yardım və dəstək göstərməyə hazır olduğunu deyib. Diplomatlar müxtəlif sahələri əhatə edən Türkmənistan-Qazaxıstan münasibətlərinin gündəliyini müzakirə ediblər”.
Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Türkmənistanla Qazaxıstan arasında əməkdaşlıq qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir: “Siyasi, diplomatik, ticari-iqtisadi, mədəni-humanitar xarakterli prioritet sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin aktual məsələləri də nəzərdən keçirilib. Tərəflər yekdilliklə bildiriblər ki, ən yüksək səviyyəli təmaslar iki ölkə arasında qarşılıqlı fəaliyyətin intensivləşməsində həlledici rol oynayır”.