Son yeniləmə: 18 İyul 2024 08:01
BAYRAQDAR MEDİA – Kosovanın Baş naziri Albin Kurti “Diaspora İnvestisiyalarına Pəncərə” adı altında təşkil edilən tədbirin açılış mərasimindəki çıxış edib.
Bu barədə timebalkan.com saytı məlumat yayıb.
Baş nazir bildirib ki, diaspora tərəfindən ölkəyə sərmayə qoyuluşu ölkənin iqtisadi inkişafına şərait yaradılması və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımdır.
Qürbətçilərin aktiv investor olma fürsətinin yaradıldığını və “100 milyon avroluq pəncərə” açdıqlarını qeyd edən A.Kurti, Kosovanın işləmək və sərmayə qoymaq üçün çox yaxşı yer olduğunu ifadə edib. O, həmçinin bir çox qürbətçinin yaşamaq üçün Kosovaya qayıtdığını da sözlərinə əlavə edib.