Press "Enter" to skip to content

Qazaxıstandan qonaqlar var

Qonaqlar Şuşada

Son yeniləmə: 17 İyul 2024 16:01

BAYRAQDAR MEDİA – Qazaxıstanda fəaliyyət göstərən diaspor rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Heyətdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, 15-17 iyul günlərini əhatə edən səfər çərçivəsində heyət Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub.

Qonaqlar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla da görüşüb.

Daha sonra heyət Füzuli şəhərinə yollanıb. Burada onlar tikinti-quruculuq işləri ilə tanış olub, qardaş Qazaxıstanın “BI-Group” Holdinginin Füzuli şəhərində tikdiyi Qurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində olub.

Füzulinin ardından qonaqlar Şuşa şəhərinə yollanıb. Burada rəsmilərlə görüş keçirilib, eyni zamanda şəhərin görməli yerlərinə baş çəkilib.

Qeyd edək ki, heyətin Qarabağa səfərinə sözügedən Komitə dəstək olub.

Mission News Theme by Compete Themes.