Press "Enter" to skip to content

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası

Ekoçanta

BAYRAQDAR MEDİA – İyulun 19-u saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası “Araz” supermarketlər şəbəkəsinin Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 filialında təşkil olunacaq.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər”.

Nazirlik “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırıb.

Mission News Theme by Compete Themes.