Son yeniləmə: 17 İyul 2024 12:07
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Güney Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQADR MEDİA-ya iyulun 17-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsilayihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarınınenerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib”.
Görüşdə“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.