BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müxtəlif mövzulu nəşrlər sırasında yazıçı, şair Gülxani Pənahın “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” kitabı da var.
Nəşr Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Elmi Şurasının qərarı ilə 12 fevral 2021-ci ildə çap olunub.
Kitabda “Nizami Cəfərov eposunun Gülxani Pənah qolu”, “Nizami Cəfərov Azərbaycan ədəbiyyatının mənşəyi barədə”, “Milli mətbuat, milli düşüncə, milli mədəniyyət”, “Nizami Cəfərovun türkoloji araşdırmaları”, “Azərbaycançılıq ideologiyası” və digər başlıqlarda yazılar yer alıb.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, Prof. Asif Rüstəmli, filologiya elmləri doktoru, Prof. Yeganə İsmayılova, redaktoru isə şair, publisist, jurnalist Dəyanət Osmanlıdır.