Press "Enter" to skip to content

Hollivud ulduzu da Dünya Köçəri Oyunları ilə maraqlanıb

Erik Roberts

Son yeniləmə: 17 İyul 2024 11:48

BAYRAQDAR MEDİA – Məşhur Hollivud aktyoru Erik Roberts V Dünya Köçəri Oyunları ilə tanış olmaq üçün Qazaxıstan Respublikasının Milli İdman Növləri Assosiasiyasının xüsusi dəvəti ilə Astanaya gəlib.

Bu barədə V Ümumdünya Köçəri Oyunlarının Hazırlanması və Keçirilməsi Direktorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Erik Roberts Direktorluğun təşkilatçılığı ilə Astanada “Qazaqstan” atletika kompleksində keçirilən bu unikal tədbirin təqdimatında iştirak edib: “Erik Entoni Roberts amerikalı kino və televiziya aktyorudur, Oskar və Qızıl Qlobus mükafatlarına namizəddir. O, 700-dən çox film və televiziya serialında rol alıb”.

Qeyd edək ki, sentyabrın 8-dən 13-dək Astana şəhərində etnik idman növləri üzrə beynəlxalq idman yarışları – 5-ci Ümumdünya Köçəri Oyunları keçiriləcək.

Mission News Theme by Compete Themes.