BAYRAQDAR MEDİA – Tehranda yaşayan Güney Azərbaycanlı xanım jurnalist Əsəl Dadaşlu 2022-ci ilin kütləvi etirazlarında iştirak edən gənc qız Nika Şakərəminin repressiv hökumət qüvvələri tərəfindən öldürüldüyü barədə paylaşıma görə cəzalandırılıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, “jurnalist “X” hesabında bununla bağlı paylaşım edərək yazıb ki, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı bölməsi onu “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”da günahlandıraraq 6 milyon 600 min tümən (155 $) cərimə ödəməyə məhkum edib”.
Qeyd olunur ki, “oxşar məlumatları paylaşdıqları üçün daha dörd jurnalistə müxtəlif cəzalar verilib”.