Press "Enter" to skip to content

DPS-nin gələcəyi ilə bağlı məsləhətləşmələr

Son yeniləmə: 17 İyul 2024 13:45

BAYRAQDAR MEDİA – Bolqarıstan Milli Televiziyasının BNT-nin verdiyi xəbərə görə, partiyanın keçmiş lideri Mustafa Karadayı Burqas yaxınlığındakı Rosenets parkında görüntülənib: “Onunla yanaşı DPS (Hüquq və Azadlıqlar Hərəkatının) fəxri sədri Ahmet Doğan da ərazidə olub”.

Məlumatı Radio Bolqarıstan yayıb.

Bildirilib ki, BNT-nin xəbərinə görə, bazar günü A.Doğanla görüşən M.Karadayı jurnalistlərə yaxalanmamaq üçün bağ evindən motorlu qayıqla çıxıb: “M.Karadayı ötən il keçirilən yerli seçkilərdən sonra DPS sədri vəzifəsindən istefa vermişdi. Bu arada Delyan Peevskiyə yaxın olan DPS millət vəkili Bayram Bayram BNT-yə verdiyi açıqlamada A.Doğanın DPS-nin yeni sədri vəzifəsinə Kırcalının keçmiş bələdiyyə başqanı Həsən Əzizin namizədliyini irəli sürəcəyini bildirib”.

Mission News Theme by Compete Themes.