BAYRAQDAR MEDİA – 17-19 iyul tarixlərində “WorldSkills Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qeyd edək ki, sözügedən yarış Avropa İttifaqı (Delegation of the European Union to Azerbaijan) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan) tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi və CASA Kulinariya Mərkəzinin (CÀSÀ BAKU) dəstəyi ilə keçirilir”.
Bildirək ki, yarışma haqqında daha ətraflı keçiddən tanış olmaq mümkündür.