Son yeniləmə: 17 İyul 2024 11:19
BAYRAQDAR MEDİA – Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığı tərəfindən nəşr edilən “Azərbaycanın sirləri” kitabı Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevə təqdim olunub.
Bu barədə Anadolu Ajansı məlumat verib.
Bildirilib ki, “Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Dr. Alptekin Cihangir İşbilir Azərbaycan Prezidentinin müşaviri Hacıyevi ziyarət edib. Anadolu Ayansının (AA) Asiya Qafqaz xəbərləri üzrə direktoru Tolqa Özgençin də iştirak etdiyi səfərdə Türkiyə ilə Azərbaycan arasında media sahəsində əlaqələr müzakirə olunub”.
Məlumata görə, səfər zamanı Hikmət Hacıyevə Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun imzası ilə “Azərbaycanın sirləri” kitabını hədiyyə edib. Kitaba baxış keçirən Hikmət Hacıyev Altun və İşbilirə təşəkkürünü bildirib.
“Azərbaycanın sirləri” kitabında Türkiyə ilə Azərbaycanın qardaşlığı, Azərbaycan mədəniyyəti izah edilir.