Press "Enter" to skip to content

Zakir Həsənov qardaş ölkəyə səfər edib

Zakir Həsənov belə qarşılandı

BAYRAQDAR MEDİA – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Aktau Beynəlxalq hava limanında Z.Həsənovu qazaxıstanlı həmkarı R.Jaksılıkov qarşılayıb. Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib”.

Z.Həsənov səfər çərçivəsində “Birləşdik – 2024” təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizi akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.

Mission News Theme by Compete Themes.