BAYRAQDAR MEDİA – İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi (ETN), eləcə də qurumlarına 38 min 182 vətəndaş müraciəti daxil olub.
Bu haqda sözügedən Nazirliyin yaydıı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “müraciətlərin 26 min 451-i çağrı mərkəzləri, 4 min 717-si sosial media, 2 min 018-i elektron, 1 min 212-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 3 784 müraciət qeydə alınıb”.
Müraciətlər müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, tələbə köçürülməsi və digər məsələlərlə bağlı olub.