Son yeniləmə: 16 İyul 2024 14:43
BAYRAQDAR MEDİA – Qazaxıstanın İstanbuldakı Baş Konsulluğu tərəfindən 2023-cü ilin aprel ayında İstanbul Orta Məktəbində qazax türkü Abay Kunanbayoğlunun xatirəsini anmaq və tanıtmaq məqsədilə rəsm müsabiqəsi təşkil edilmişdir.
Bu yaxınlarda müsabiqənin ikinci mərhələsi keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, ikinci mərhələdə yeddi yüz şagird arasından on dörd şagird qalib seçilib: “Qaliblər sertifikat alıb və 11-15 iyul tarixlərində Qazaxıstanın Çimkent, Türküstan və Astana şəhərlərinə turlarda iştirak ediblər”.
Məlumatda deyilir ki, Qazaxıstan və Türkiyə arasında təşkil olunan bu cür tədbirlər iki ölkə arasında mədəni və humanitar əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.