BAYRAQDAR MEDİA – Qərbi Azərbaycanın Xoy şəhərində ekofəallar aksiya keçiriblər.
Bu barədə xəbəri GünAz.TV Abbas Lisaninin sosial media kanalına istinadla yayıb.
Məlumata görə, aksiyaçılar “Urmu gölü susuzdur” adı altında keçirdikləri aksiyada şəhərin müxtəlif bölgələrini məişət tullantılarından təmizləyiblər.
“Yarpaq” Ətraf Mühit Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi həm də əhalinin diqqətini Urmu gölünün acınacaqlı vəziyyətinə cəlb etmək olub.