Press "Enter" to skip to content

Prezidentdən İbrahim Məmmədova yüksək dəyər

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Azərbaycanda media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədovu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etmək haqqında Sərəncam imzalayıb.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Qeyd edək ki, İbrahim Məmmədov tanınmış jurnalist, araşdırmaçı-alimdir. O, hazırda Nazirlər Kabinetində mətbuat xidmətinə rəhbərlik edir.

İbrahim Məmmədov uzun illər Az TV də daxil olmaqla TV kanallarında analitik verilişlərlə efirdə olub, Əməkdar jurnalistdir.

Əlavə edək ki, iyulun 16-da İbrahim Məmmədovun 60 yaşı tamam olur. O, 16 iyul 1964-cü ildə Zərdabda anadan olub.

Mission News Theme by Compete Themes.