Press "Enter" to skip to content

Ornitoloji turizm imkanları “Global Bird Fair” sərgisində

Sərgi zamanı

Son yeniləmə: 16 İyul 2024 10:32

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində ölkəmizin ornitoloji turizm imkanları tanıdılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, nadir quş növləri və onları müşahidə üçün əlaverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq edilərək, ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin inkişafı üzrə müxtəlif istiqamətli tədbirlər görülüb, o cümlədən broşürlər hazırlanaraq təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib”.

Məlumata görə, 60-dan çox ölkənin təmsil olunuğu Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.

Mission News Theme by Compete Themes.