Son yeniləmə: 16 İyul 2024 15:47
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 17-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.