Son yeniləmə: 16 İyul 2024 14:57
BAYRAQDAR MEDİA – Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Leman Yenigün Eskişehir Ailə və Sosial Xidmətlər İl Müdirliyini ziyarət edib.
Bu barədə eskisehirhaber.com saytı məlumat verib.
Bildirilib ki, “Krım əsilli ailələrin uşaqları tərəfindən çiçəklərlə qarşılanan nazir müavinini səfəri zamanı vali yardımçısı Ali Çetin və Eskişehir Ailə və Sosial Xidmətlər İl müdiri Orhan Bayrak müşayiət edib. Görüşdən sonra Leman Yenigün Mehmet Ali Çelik Konfrans Salonunda Krım Xalq Oyunlarının nümayişinə qatılıb”.
Proqramın davamında L.Yenigün təşkilatın xidmətlərindən bəhrələnən uşaqları evlərində ziyarət edib, uşaqların iştirak etdiyi emalatxanaları gəzib, işləri haqqında məlumat alıb.