BAYRAQDAR MEDİA – Güney Aazərbaycan Demokratik Türk Birliyinin mətbuat mərkəzinə daxil olan məlumata görə, iqtisadiyyat sahəsində çalışan Qəzvinli jurnalist Müctəba Rəhimi “ictimai düşüncəni pozmaq üçün yalanlar dərc etmək” ittihamı ilə cərimə ödəməyə məhkum edilib.
Rəhimi bu xəbəri şəxsi səhifəsində məqalə dərc edərək elan edib: “Seçkilər başa çatdıqdan sonra, 13 iyulda məhkəmə ilkin qərar çıxardı və məni 6 milyon 600 min tümən pul cəzasına məhkum etdi”.