Son yeniləmə: 16 İyul 2024 10:39
BAYRAQDAR MEDİA – Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarının xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədilə Yevlaxda Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 16-da PaşaPay şirkətindən məlumat verilib.
Bildirilib ki, “Yevlaxdakı xidmət mərkəzi Goranboy, Naftalan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Ucar və Ağdaşdakı ödəmə terminallarına xidməti həyata keçirəcək. “PashaPay” məhsulu olan “Milliön” yeni mərkəzi istifadəyə verməklə regionda yaşayan 15 nəfərin daimi məşğulluğuna da töhvə verib”.
Məlumata görə, hazırda sözügedən ərazilərdə ümumilikdə 435 ödəmə terminalı xidmət göstərir.