BAYRAQDAR MEDİA – İyulun 16-da uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılır.
Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “valideynlər bq.edu.az saytına daxil olmaqla 2024-2025-ci tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada bilərlər. Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi isə regional təhsil idarələri və Naxçıvan üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən olacaq”.
Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.