BAYRAQDAR MEDİA – Oktyabrın 30-u saat 20:00-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, aktyor İlham Namiq Kamalın anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
Yaradıcılıq axşamında aktyorun yaxınları, dostları, onu sevənlər iştirak edəcək.