Press "Enter" to skip to content

Təmizlik aksiyaları keçirilib

Təmizlik

BAYRAQDAR MEDİA – “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə deyilir ki, “Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının, yerli suvarma sistemləri idarələrinin nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb”.

Qeyd edək ki, Təmizlik Marafonu hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisində keçirilir və ərazilər barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında paylaşılır.

Mission News Theme by Compete Themes.