Press "Enter" to skip to content

Sürət qatarı biletlərində qiymət artımı

Sürət qatarı

Son yeniləmə: 15 İyul 2024 12:27

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları (TCDD) Yüksək Sürətli Qatar (YHT) xidmətlərinin bilet qiymətlərini əhəmiyyətli dərəcədə artırmağa qərar verib.

Bu barədə eskisehirhaber.com saytı məlumat verib.

Məlumata əsasən TCDD-dən biletlərin qiymətlərinin 25,6% artırılacağı bildirilib: “Bu yeni tənzimləmə ilə Ankara ilə Eskişehir arasında bilet qiyməti 225 lirədən 280 lirəyə qaldırılıb. Ankara ilə İstanbul arasında gediş-gəliş üçün biletin qiyməti 430 lirədən 540 lirəyə qaldırılıb. TCDD səlahiyyətliləri, qiymət artımı qərarını xərc və əməliyyat xərclərinin artmasına uyğun olaraq qəbul etdiklərini bildiriblər”.

Mission News Theme by Compete Themes.