Press "Enter" to skip to content

Musiqili Teatrın solisti beynəlxalq festivalda

Rauf Babayev

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) solisti Rauf Babayev 21-22 sentyabr tarixlərində qardaş Qazaxıstanın Qarağandı şəhərində keçiriləcək “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında iştirak edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “o, Qarağandı Akademik Musiqili Komediya Teatrının səhnəsində həm məşhur macar bəstəkarı İmre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də beynəlxalq tədbirin qala konsertində çıxış edəcək. Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev də festivalın fəxri qonaqları siyahısındadır”.

Xatırladaq ki, ötən il Musiqili Teatrın solistləri Aydan HəsənovaEmin Zeynallı da Azərbaycanı bu festivalda layiqincə təmsil edib.

Mission News Theme by Compete Themes.