Press "Enter" to skip to content

İş yerlərinə türkcə adların qoyulması yasaqlandı

Türk yurdunda türkcə yasaqlandı!

BAYRAQDAR MEDİA – Milliyyətcə türk olan Məsud Pezeşkianın prezident seçilməsi fars-molla rejimin idarə etdiyi İranda münasibətləri dəyişəcəyə bənzəmir deyəsən. Elə olsaydı belə bir xəbər olmazdı.

“Azad İran” Telegram kanalı ƏRK – Güney Azərbaycan İnsan Haqları Cəmiyyətinə istinadla xəbər verir ki, Ərdəbil əyalətində iş yerləri, o cümlədən restoranlar, şirkətlər, mağazalar və başqa obyektlərə türk adlarının qoyulmaması ilə bağlı sərt xəbərdarlıq edilib.

Məlumata görə, bununla bağlı Ərdəbil əyalətinin İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsi yeni qaydalar müəyyənləşdirib.

Bildirilib ki, qaydalara riayət etməyən iş yerlərinin lisenziyası ləğv olunacaq. Qaydalara əsasən, sözügedən idarə, obyektlərə fars dilində adların qoyulması göstərişini verib…

Mission News Theme by Compete Themes.