Press "Enter" to skip to content

Fatih Dönmez: Millətimiz 15 iyulda milli müqaviməti ilə bir daha dünyaya nümunə oldu

Fatih Dönmez

Son yeniləmə: 15 İyul 2024 12:24

BAYRAQDAR MEDİA – AK Parti Eskişehir millət vəkili Fatih Dönmez 15 İyul-Demokratiya və Birlik Günü çərçivəsində bir mesaj yayımlayıb.

Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, açıqlamada aşağıdakı sözlər öz əksini tapıb: “2016-cı il iyulun 15-də ölkəmizin müstəqilliyini və gələcəyini hədəfə alan xain çevriliş cəhdinin qarşısı möhtərəm Prezidentimizin rəhbərliyi və türk millətinin böyük cəsarəti sayəsində alındı.

Tarix boyu namusunu hər şeydən üstün tutması ilə tanınan xalqımız 15 iyulda milli müqaviməti ilə bir daha dünyaya nümunə oldu. Bu hadisə ilə millətimiz bütün dünyaya sübut etdi ki, xalqın iradəsi üzərində heç bir güc ola bilməz. Həmin gecə xalqımızın müqaviməti, qəhrəmanlığı təkcə ölkəmizdə deyil, bütün dünyada əks-səda doğurdu”.

Açıqlamada, həmçinin “Türk milləti öz istiqlalına, azadlığına olan sevgisini bir daha göstərdi. Bu xalq hər cür təhdidlərə qarşı dik durmağı bacardı və bunu bütün dünyaya sübut etdi” deyə qeyd olunub.

Mission News Theme by Compete Themes.