Press "Enter" to skip to content

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı tədbir keçirilib

Vidadi Fətullayev

Son yeniləmə: 15 İyul 2024 15:35

BAYRAQDAR MEDİA – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Odlar Yurdu Universitetində “Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov çıxış edib. O, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar nəticəsində əcnəbi tələbələrin Azərbaycan universitetlərinə marağının artmasından və onlar üçün yaradılan imkanlardan danışıb və bu kimi maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyətli olduğunu deyib”.

Görüş zamanı
Görüş zamanı

Məlumata görə, sonra layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edib: “O, DMX elektron resurslarından istifadə istiqamətində aparılan maarifləndirmə işlərinin, əcnəbi tələbələrin və onlarla işləyən universitet əməkdaşlarının miqrasiya qaydaları üzrə biliklərinin artırılmasında böyük rolunu qeyd edib. Həmçinin Azərbaycanda yaşayan əcnəbi tələbələrin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədəməlumatları çatdırıb”.

Tədbirdə iştirak edən DMX Miqrasiya nəzarəti baş idarəsinin şöbə rəisi Rüstəm Rəhimov, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev və Hüquqi təminat idarəsinin inspektoru Elçin İsmayılov tərəfindən iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, həmçinin əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları,yol verilən hüquqpozmaları və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəaları barədə izahatlar verilib

Mission News Theme by Compete Themes.