Press "Enter" to skip to content

Azərbaycan pilotlarının təlimdə yüksək peşəkarlığı – VİDEO

Birləşdik - 2024

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb. Təlimin planına uyğun olaraq Su-25ML tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşların yerinə yetirilməsi, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib. Azərbaycanın hərbi pilotları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub”.

Qeyd edək ki, “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq nümayiş etdiriblər.

Mission News Theme by Compete Themes.