Son yeniləmə: 15 İyul 2024 12:25
BAYRAQDAR MEDİA – 1959-cu ilin 14 iyulu İraqda türkmənlər üçün qara gün kimi tarixə düşüb. Həmin gün Molla Bərzaninin başçılıq etdiyi silahlı kürd dəstələri tərəfindən Kərkükdə türkmənlərə qarşı böyük qırğın törədilib.
Kırım Haber Ajansının məlumatına görə, 1958-ci ildə İraqda baş vermiş hərbi çevriliş nəticəsində monarxiya devrilib və respublika rejimi elan edilib: “Türkmənlər rejim dəyişikliyini birinci ildönümündə qeyd etmək istəyirdilər. Bunun üzərinə Bərzani ailəsinə bağlı silahlı terrorçu qruplar “Kərkük kürdlərindir” şüarları ilə türkmənləri kütləvi şəkildə qətlə yetirməyə başlayıb. Xüsusilə, ziyalı və hərbi təbəqədən olan türkmənlər hədəfə alınıb. Üç gecə-gündüz Kərkükdə onlarla türkmən qətlə yetirilib. Kərkükün çoxəsrlik türk kimliyini hədəf alan qırğına görə məsuliyyət daşıyan 260 nəfər həbs edilib. Onlardan 28-i ölüm cəzasına məhkum edilib”.