Press "Enter" to skip to content

Təhsil müəssisələri üçün qrant müsabiqəsi

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müsabiqənin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsi ilə maliyyələşdirməkdir. Müsabiqədə iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsi ilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi iyulun 29-dur. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsi ilə tanış olmaq mümkündür”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün ETN tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Mission News Theme by Compete Themes.