Press "Enter" to skip to content

Skopyedə FETÖ-nün cinayətkar əməllərindən bəhs edilib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 12 İyul 2024 14:46

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın paytaxtı Skopyedə 15 iyul Demokratiya və Milli Birlik Günü anım proqramıs və “Balkan regionunda demokratiya və əməkdaşlıq” paneli keçirilib.

Bu barədə timebalkan.com məlumat yayıb.

Bildirilib ki, “Beynəlxalq Balkan Universiteti (İBU) tərəfindən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Makedoniya Türk Qeyri-Hökumət Təşkilatları İttifaqının (MATÜSİTEB) dəstəyi ilə keçirilib. Tədbirə Türkiyənin Skopye səfiri Fatih Ulusoy, millət vəkili Saleh Murat, Türk Milli Birlik Hərəkatı (TMBH) sədri Erdoğan Saraç, Bosniya Demokratik Birliyi (BDS) sədri Münir Kolaşinac, ölkədəki türk qurum və təşkilatlarının nümayəndələri, alimlər, tələbələr və qonaqlar qatılıb”.

Məlumata əsasən, tədbirin açılışında çıxış edən səfir F.Ulusoy xain terror təşkilatı FETÖ-nün Türkiyə Cümhuriyyətini hədəf alan dövlət çevrilişinə cəhdindən 8 il keçdiyini xatırladıb.

Millət vəkili S.Murat da xatırladıb ki, Quzey Makedoniya 15 iyul çevriliş cəhdini qətiyyətlə pisləyib və açıq şəkildə Türkiyə xalqının və dövlətinin yanında olduğunu bildirib.

İBU-nun rektoru Prof. Dr. Lütfi Sunar 15 İyul -Demokratiya və Milli Birlik Gününü Türkiyə və Balkan bölgəsinin tarixi üçün əhəmiyyətli bir dönüş nöqtəsi olaraq xarakterizə edib. O, bölgədə baş verənləri öyrənmək üçün belə bir panel və anma proqramı təşkil etdiklərini söyləyib.

Açılış çıxışlarından sonra İBU-dan Prof. Dr. Kire Şarlamanov moderatorluğu ilə keçirilən “Balkan regionunda demokratiya və əməkdaşlıq” panelində Ali Məhkəmənin üzvü Hamit Yelken, Tetovo Universitetinin müəllimi Prof. Dr. Süleyman Baki, Albaniya Müsəlman Forumunun prezidenti Fisnik Kruja və İBU-nun müəllimi Nikola Dacev təqdimatla çıxış ediblər.

Mission News Theme by Compete Themes.