Son yeniləmə: 12 İyul 2024 08:09
BAYRAQDAR MEDİA – Qazaxıstanda Mərkəzi Bankın törəmə qurumu olan Mərkəzi Qiymətli Kağızlar Depozitarisi öz müştərilərinə Rusiya qiymətli kağızlarının ölkədə emissiyası ilə bağlı müraciət edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “müştərilərin 2024-cü il avqustun 10-na kimi Rusiya qiymətli kağızlarını geri götürmək qərarını təqdim etmədikləri təqdirdə, Qazaxıstanın Mərkəzi Depozitarisi tərəfindən aktivlərinin dondurulacağı açıqlanıb. Sözügedən çağırışa dövlət borc qiymətli kağızları, korporativ istiqrazlar və səhmlər daxil olmaqla cəmi 140 qiymətli kağız daxildir”.
Məlumata əsasən, məktubda bütün ödənişlərin başa çatdırılması və Qazaxıstan depozitarının Rusiya ISIN-ləri ilə qiymətli kağızlardan azad edilməsi tövsiyə olunur.