Son yeniləmə: 12 İyul 2024 08:07
BAYRAQDAR MEDİA – KKTC İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı, Gazimağusa Limanını Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin istifadəsinə vermək istədiklərini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “KKTC təmsilçiləri bu yaxınlarda Şuşada keçirilən TDT Qeyri-rəsmi Zirvə toplantısında bu məsələni gündəmə gətiriblər. Nazir E.Arıklı, Anadolu Agentliyinə açıqlamasında deyib: “Biz Doğu Akdenizin ən möhkəmləndirilmiş yeri olan Gazimağusa Limanının türk dövlətləri üçün baza olmasını istəyirik. Dünya ticarətində iştirak etmək istəyən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan Gazimağusa Limanından sanki öz limanı kimi istifadə edə bilməlidir”.