Son yeniləmə: 12 İyul 2024 14:51
BAYRAQDAR MEDİA – “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, “QSC 8 ildir ki, fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir.