Son yeniləmə: 12 İyul 2024 08:08
BAYRAQDAR MEDİA – Bolqarıstanda türklərin və müsəlmanların yaratdıqları Hüquq və Azadlıqlar Hərəkatı – DPS son seçkilərdə parlamentin ikinci partiyası olmaq şansı əldə etmişdi. Eyni zamanda bu partiyaya hökuməti qurmaq səlahiyyətinin verilməsi gözlənilirdi.
Lakin bu partiya üzərindən çirkin oyunlar qurulub və nəticədə DPS ikinci partiya olmaq hüququnu itirib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “DPS həmsədri Cevdet Çakırov da daxil olmaqla 17 millət vəkili partiyadan ixrac edilib. Partiyadan xaric edilənlərin hamısı həftə sonu DPS-nin fəxri sədri Əhməd Doğanın Rosenets iqamətgahında keçirilən toplantıya qatılanlar olub. Beləliklə, parlamentin strukturu dəyişib və DPS artıq parlamentdə ikinci siyasi qüvvə deyil. Buna görə də hökuməti qurmaq üçün ikinci səlahiyyətin 39 deputatı olan “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” PP-DB-yə veriləcəyi gözlənilir.