Son yeniləmə: 12 İyul 2024 11:06
BAYRAQDAR MEDİA – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “iştirakçı ölkələrin hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb. Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub. Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb”.
Qeyd edək ki, “Birləşdik – 2024” beynəlxalq təlimində Azərbaycan Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.