Press "Enter" to skip to content

Ayşe Ünlüce Qida Bankı üçün səlahiyyət aldı

Bələdiyyə məclisi

Son yeniləmə: 12 İyul 2024 14:49

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyə Məclisi Ayşe Ünlüceyə bələdiyyə bünyəsində qurulacaq Qida Bankı üçün səlahiyyət verib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Ayşe Ünlücenin sədrliyi ilə Ekişehir Böyükşəhər Bələdiyyəsinin iyul ayı üzrə məclis toplantısı keçirilib. Məclisdə qəbul edilən qərara əsasən Eskişehir Böyükşəhər Bələdiyyəsi Sosial Xidmətlər İdarəsi daxilində ehtiyacı olanlar üçün Qida Bankı quracaq.

Məclis A.Ünlüceyə Qida Bankının qurulması və ediləcək əməkdaşlıqlar çərçivəsində imzalanacaq protokollar üçün səlahiyyət verib”.

Məlumata görə, Qida Bankı aztəminatlı və sosial yardıma ehtiyacı olan ailələrin əsas ehtiyaclarını, eləcə də cəmiyyətin sosial yardıma olan ehtiyaclarını ödəməyi hədəfləyir.

Mission News Theme by Compete Themes.