BAYRAQDAR MEDİA – İyulun 19-usaat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (ADAMT) dahi bəstəkar Üzeyir Hacıbəylinin əsrlərə meydan oxuyan “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq və bununla da teatrın 114-cü mövsümünə yekun vurulacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qeyd edək ki, teatrın repertuarında yeni quruluşda (1998-ci ildən) təqdim olunan bu tamaşanın rejissoru “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Məmmədova, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır”.
Rollarda Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Şaban Cəfərov, Hüseyn və Gültac Əlili, Təranə Əliyeva, eləcə də xor və balet artistləri çıxış edirlər.