Son yeniləmə: 11 İyul 2024 10:14
Rəsmi Skopye Bolqarıstanla müqaviləyə xitam verilməsini istəyir
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın baş naziri Hristijan Mickoski ölkəsində bolqarların hüquqlarına hörmət edildiyini, lakin eyni şeyi Bolqarıstandakı “Makedoniya azlığı” üçün söyləmək mümkün olmadığını bildirib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Cons Hopkins Universitetində keçirilən toplantıda çıxış edən C.Mickoski “Ölkə bir neçə yüz nəfərə görə Konstitusiyasını dəyişməyə məcburdur” deyib.
Yeni Balkanın məlumatında o da vurğulanıb ki, hakim VMRO-DPMNE-nin koalisiya tərəfdaşı olan Makedoniya Sosialist Partiyası Bolqarıstanla dostluq və mehriban qonşuluq müqaviləsinə xitam verilməsini tələb edib.