Press "Enter" to skip to content

Növbəti tədbirlər Ağdam rayonunda keçirilib

Tədbirlər zamanı

Son yeniləmə: 11 İyul 2024 17:11

Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “tədbirlər Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə təşkil edilib. İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən növbəti tədbirlər Ağdam rayonunda fəaliyyət göstərən 7 müəssisənin 500 nəfər rəhbər və işçi heyətinin iştirakı ilə keçirilib. İştirakçılar ölkəmizdə layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb”.

Qeyd edilib ki, tədbirin təşkilatçıları olan qurumların fəaliyyəti barədə məlumat verilib: “Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərdiyi diqqətə çatdırılıb. Tədbir iştirakçılarına qeyd olunan mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr də təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb. Bu tədbirlər işğaldan azad olunmuş digər ərazilərimizdə də davam etdiriləcək”.

Mission News Theme by Compete Themes.